Rusiya sülhməramlılarının peyvəndlənməsi başa çatdı

Rusiya sülhməramlılarının peyvəndlənməsi başa çatdı
  20 Fevral 2021    Oxunub:1961
Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin "Sputnik-V”in ikinci komponenti ilə peyvəndlənməsi başa çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Peyvəndlənmə kontingentin hərbi həkimləri tərəfindən aparılıb. 1900-dən çox Rusiya hərbçisinə qrafikə uyğun olaraq peyvənd vurulub.

Peyvəndləmə həm səyyar səhra xəstəxanasında, həm də bütün müşahidə məntəqələrində səyyar həkim qrupları tərəfindən həyata keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Peyvənd   Sülhməramlı  



Xəbər lenti