Ərdoğan Azərbaycanla iki sazişi təsdiqlədi

Ərdoğan Azərbaycanla iki sazişi təsdiqlədi
  20 Fevral 2021    Oxunub:2923
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə "Resmi Gezete"də məlumat dərc edilib.

Sazişlər imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, birinci sənəd 2017-ci ilin oktyabrın 31-də, ikinci saziş isə 2020-ci il fevralın 25-də Bakıda imzalanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Saziş  





Xəbər lenti