Ermənilər döyüş vaxtı burada gizləniblər - FOTOLAR

 Ermənilər döyüş vaxtı burada gizləniblər -  FOTOLAR
  20 Fevral 2021    Oxunub:13751
İşğaldan azad olunmuş Füzuli şəhərinə səfərimiz zamanı ikinci Qarabağ müharibəsində düşmənin sığınacaq kimi istifadə etdiyi yerə rast gəldik.

Şəhərdəki bütün evləri və inzibati binaları dağıdan ermənilər işğal dövründə burada özlərinə beton istehkamlar qurublar. Belə sığınacaqlardan biri şəhərin mərkəzi yolunun alt hissəsində yerləşib.
Düşmən əsgərlərinin hərbi geyimləri, qidaların qalıqları ermənilərin şəhər azad olunanadək burada gizləndiyini göstərir. Ümumilikdə Füzulidə bir neçə yerdə düşmənin atıb qaçdığı hərbi geyimlərə, sursatlara rast gəlmək olar. Bunlar bir daha təsdiqləyir ki, Müzəffər Azərbaycan Ordusu qarşısında tab gətirməyən düşmən paltarını belə ataraq qaçıb.



































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Füzuli   Şəhər   Düşmən   Sığınacaq  






Xəbər lenti