ABŞ-dan gələn ermənilər Qarabağa buraxılmadı

 ABŞ-dan gələn ermənilər Qarabağa buraxılmadı
  20 Fevral 2021    Oxunub:4617
ABŞ-dan gələn bir qrup erməni Dağlıq Qarabağ ərazisinə buraxılmayıb.

Azvision.az xəbər verir ki, bu barədə erməni ictimai fəal, "Kaseçum" hərəkatının funksioneri Samson Qriqoryan bildirib. Onun sözlərinə görə, Qarabağa icazəsiz daxil olmaq istəyən "qonaqlar" Rusiya sülhməramlıları tərəfindən geri qaytarılıb:
"Rusiyalı sülhməramlılar Amerikadan olan dostlarımızı, ABŞ ermənilərini Qarabağa buraxmayıblar".



Xatırladaq ki, bu yaxınlarda Xankəndi şəhərinə qanunsuz getmək istəyən fransız jurnalistlər də Qarabağ ərazisinə buraxılmamışdılar. Rusiya sülhməramlıları onlara bildirmişdilər ki, Qarabağ Azərbaycan ərazisidir, bura səfər etmək üçün İrəvandan yox, Bakıdan icazə alınmalıdır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sülhməramlı   Qarabağ  





Xəbər lenti