Rusiyada üçüncü yerli peyvənd qeydiyyata alındı

 Rusiyada üçüncü yerli peyvənd qeydiyyata alındı
  20 Fevral 2021    Oxunub:3112
Rusiya Səhiyyə Nazirliyi koronavirusa qarşı üçüncü peyvəndi - "KoviVac"ı qeydiyyata alıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mixail Mişustin bildirib.

Vaksin Rusiya Elmlər Akademiyası M.P. Çumakov adına İmmunobioloji Hazırlıqların Tədqiqatı və İnkişafı üzrə Federal Tədqiqat Mərkəzində hazırlanıb.

İlk 120 min doza preparat mart ayının ortalarında mülki dövriyyəyə buraxılacaq. Peyvəndin beynəlxalq bazarlara çıxarılması da planlaşdırır.

"KoviVac" "Sputnik V" və "EpiVacCorona"dan sonra üçüncü vaksindir və onu daha effektli hesab edirlər.

Mərkəzin direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aydar İşmuxametovun sözlərinə görə, "KoviVak"ın tərkibi onun mutasiyaya uğramış ştammlara qarşı təsirli olacağına imkan verir.

Klinik sınaqlar oktyabr ayının əvvəlində başlayıb, hələ ki, heç bir xoşagəlməz hadisələr aşkarlanmayıb. İkinci mərhələ tezliklə başa çatacaq, daha sonra üç min könüllü üzərində əlavə testlər aparılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KoviVac  





Xəbər lenti