Axşam duman olacaq

  27 Mart 2013    Oxunub : 728
Axşam duman olacaq
Havanın yağmursuz olacağı gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda gecə 5-7° isti, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcəkdir. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 55-65 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında 14-19°, bəzi yerlərdə 23°-dək isti, Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəydə 8-13°, bəzi yerlərdə 16°-dək isti, Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayılda 15-20°, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda 13-18°, Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçalada 15-20° isti, bəzi yerlərdə 24°-dək isti, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astarada 15-20° isti olacağı gözlənilir.

Teqlər: