Rusiyada koronavirusdan bir gündə 480 nəfər ölüb

Rusiyada koronavirusdan bir gündə 480 nəfər ölüb
  20 Fevral 2021    Oxunub:2007
Rusiyada son sutka ərzində koronavirusa 12 953 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 151 984 nəfərə çatıb.

Rusiyada son sutkada 480 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 82 876 nəfərdir. İndiyədək 3 697 433 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti