Daha bir qazi yüksək texnologiyalı protezlə təmin olunacaq

Daha bir qazi yüksək texnologiyalı protezlə təmin olunacaq
  20 Fevral 2021    Oxunub:1885
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsinin qazisi Həsənov Murad Teyyub oğlunun da yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanıb.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, M. Həsənov Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib.

Burada onun müayinəsi aparılıb, müvafiq ölçülər götürülərək təlimatlar verilib. Protezləşməyə hazırlıq mərhələsi bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

Qaziyə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və bununla bağlı olaraq aylıq sosial ödənişlərin təyinatı da həyata keçirilib. O, həmçinin bu kateqoriyadan olan əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan da yararlana biləcək.

Azvision.az



Teqlər: ƏƏSMN   Qazi  





Xəbər lenti