Putin Moskvada Japarovla görüşəcək
Bildirilir ki, liderlər əməkdaşlıq perspektivləri və inteqrasiya məsələlərini müzakirə edəcəklər.
"24 fevralda Moskvada Rusiya və Qırğızıstan prezidentləri arasında danışıqlar aparılacaq. Görüşdə Rusiya-Qırğızıstan əməkdaşlığının vəziyyəti, gələcək inkişaf perspektivləri nəzərdən keçiriləcək, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə və Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə olunacaq”, - deyə məlumatda qeyd edilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: SadırJaparov







Vaxtında, Aydın, Lazımlı!


