Putin Moskvada Japarovla görüşəcək

Putin Moskvada Japarovla görüşəcək
  20 Fevral 2021    Oxunub:1957
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də qırğızıstanlı həmkarı Sadır Japarovla görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, liderlər əməkdaşlıq perspektivləri və inteqrasiya məsələlərini müzakirə edəcəklər.

"24 fevralda Moskvada Rusiya və Qırğızıstan prezidentləri arasında danışıqlar aparılacaq. Görüşdə Rusiya-Qırğızıstan əməkdaşlığının vəziyyəti, gələcək inkişaf perspektivləri nəzərdən keçiriləcək, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə və Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə olunacaq”, - deyə məlumatda qeyd edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SadırJaparov  



Xəbər lenti