Əmanətçilərə ödənilən kompensasiya açıqlandı
Ötən ilin iyunun 1-dən bu ilin fevralın 18-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 382,66 mln. manatdan çox kompensasiya ödənilib.
Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 794 əmanətçiyə ödənilən məbləğ 139,74 mln. manat, "Atabank" üzrə isə 9 755 əmanətçiyə 242,91 mln. manat kompensasiya verilib.
Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, fevralın 18-nə 24 419 əmanətçiyə bu məbləğin 623,3 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 92,2%-i təmin olunub.
Azvision.az
Teqlər: ƏmanətlərinSığortalamasıFondu