Vətən müharibəsində iştirak edən gənclərlə görüş keçirildi
Sədr müavini qeyd edib ki, Vətən müharibəsi zamanı bütün Azərbaycan xalqı dövlətimizin başçısının “Biz birlikdə güclüyük” şüarını rəhbər tutaraq Prezidentimizin ətrafında yumruq kimi birləşib, düşmənə həm döyüş meydanında, həm arxa cəbhədə layiqli zərbələr endirərək Zəfər əldə edib. Hərbi qulluqçularımızın, vətəndaşlarımızın öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsi xalqımızın qüdrətini bir daha dünyaya nümayiş etdirib. Vətən müharibəsi zamanı gənclərimizin cəbhəyə dəstək aksiyalarında iştirakı, sosial şəbəkələrdə ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlu fəaliyyətləri xüsusi qeyd edilib.
Söhbət zamanı gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərə uyğun yetişdirilməsi, onların zərərli vərdişlərdən uzaqlaşdırılmasında idmanın əhəmiyyətli rolundan danışılıb.
Sonda görüşdə iştirak edən Vətən müharibəsinin iştirakçılarına və arxa cəbhədə xidmət göstərən vətəndaşlarımızın bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.
Azvision.az
Teqlər: MM Gənclər Komitə Görüş







Vaxtında, Aydın, Lazımlı!


