“Vətəndaşların intiqam saatı gələcək” - İrəvanda aksiya davam edir

 “Vətəndaşların intiqam saatı gələcək” -  İrəvanda aksiya davam edir
  20 Fevral 2021    Oxunub:2271
İrəvanda müxalifətin keçirdiyi etiraz aksiyasında baş nazir Nikol Paşinyanın müqəvvası diqqət çəkib.
Azvision.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmenti müqəvvanı hazırlayıb gətirən şəxsin dərhal xüsusi xidmət orqanları tərəfindən saxlanıldığını yazsa da, teleqram kanalları məlumatın doğru olmadığını bildirib.

Erməni aktivistlər həmin şəxsin hələ də əlində Nikolu təhqir edən müqəvva ilə aksiyada iştirak etdiyini bildiriblər.

Qeyd edək ki, Azadlıq meydanında davam edən mitinqə vətəndaşlardan biri Nikol Paşinyana oxşadılan müqəvva gətirib. Onun üzərinə “Vətəndaşların intiqam saatı gələcək” sözləri yazılıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: İrəvan   Aksiya  



Xəbər lenti