Niderlandda 122 mindən çox toyuq məhv ediləcək

Niderlandda 122 mindən çox toyuq məhv ediləcək
  20 Fevral 2021    Oxunub:2228
Niderlandın Sint-Udenrode şəhərində yerləşən quşçuluq təsərrüfatında quş qripi aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı, Təbiət və Qida Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 1 km radiusda daha iki quşçuluq təsərrüfatı mövcuddur və virusun yayılmasının qarşısını almaq üçün bu təsərrüfatlardakı təxminən 122 min toyuq, eləcə də digər bütün quşlar məhv ediləcək.

Daha 3 km radiusda yerləşən yeddi quşçuluq təsərrüfatında isə mütəmadi olaraq quş qripinin olub-olmaması ilə bağlı yoxlamalar aparılır.

Azvision.az


Teqlər: Quş-qipi   Niderland  





Xəbər lenti