İrəvandakı mitinqdə 40 min nəfər iştirak edib

 İrəvandakı mitinqdə 40 min nəfər iştirak edib
  20 Fevral 2021    Oxunub:2036
Bu gün Ermənistanda müxalifətin təşkil etdiyi ümumxalq mitinqinə 100 mindən çox vətəndaşın gələcəyi proqnozlaşdırılsa da, bu, baş tutmayıb. İrəvandakı Azadlıq meydanına toplanan narazı vətəndaşların sayı 40 mini keçməyib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan məlumat yayıb. Onun sözlərinə görə, 40 min insanın belə əlverişsiz havada mitinqi dəstəkləməsi müsbət haldır:

"Pis hava şəraitinə məhəl qoymayan 40 mindən çox erməni zalım hökumətə etiraz səsini qaldırdı. Və bu yalnız başlanğıcdır. Hər şey qarşıdadır. "Kapitulyator"un ermənilərlə heç bir əlaqəsi ola bilməz. O hakimiyyətdən getməyəcək, sadəcə qaçacaq!"

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Mitinq   Etiraz   Aksiya  





Xəbər lenti