Keçən il topdansatış ticarət dövriyyəsi azalıb

Keçən il topdansatış ticarət dövriyyəsi azalıb
  20 Fevral 2021    Oxunub:2352
2019-cu illə müqayisədə 2020-ci ildə topdansatış ticarət dövriyyəsi 7,5 faiz azalaraq 28 milyard 482,9 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, ticarət dövriyyəsinin 39,8 faizini ərzaq məhsulları, 10,3 faizini içkilər və tütün məmulatları, 10,5 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 8,5 faizini toxuculuq məhsulları, geyim və ayaqqabılar, 4,7 faizini avtomobil benzini və dizel yanacağı, 1,8 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 1,8 faizini elektrik malları və mebellər, 22,6 faizini isə digər qeyri-ərzaq malları təşkil edib.

Azvision.az


Teqlər: Statistika   Məhsul   Satış  





Xəbər lenti