İranda koronavirusdan daha 68 nəfər öldü

İranda koronavirusdan daha 68 nəfər öldü
  20 Fevral 2021    Oxunub:1824
İranda son sutka ərazində koronavirusa 7922 nəfər yoluxub, 68 pasiyent isə dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 1 milyon 566 min 81, ölənlərin sayı isə 59 min 409-a çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 3677 xəstənin vəziyyəti ağırdır. İndiyədək 1 milyon 337 min 877 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti