Daha bir ölkədə vaksinasiyaya başlanıldı

Daha bir ölkədə vaksinasiyaya başlanıldı
  21 Fevral 2021    Oxunub:2224
Avstraliyada koronavirus infeksiyasına qarşı vaksinasiyaya başlanılıb. Ölkədə ilk peyvənd vurduran şəxs Baş nazir Scot Morrison olub.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın səhiyyə naziri Qreq Hant bildirib.

Onun sözlərinə görə, vaksinasiya proqramının birinci mərhələsinə 22 fevralda start veriləcək. İlk mərhələdə tibb işçiləri, sərhəd gözətçiləri, karantin otellərinin, qocalar evləri və əlillər üçün internat müəssisələrinin personalı peyvənd olunacaq.

Nazir, həmçinin qeyd edib ki, birinci qrupun vaksinasiyasında ABŞ-ın “Pfizer” şirkətinin və alman tərəfdaşı “BioNTech”in preparatı istifadə olunacaq. İlk həftədə ölkənin 190 şəhərində təxminən 60 min insanın peyvənlənməsi gözlənilir.

Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti