Filippində dörd uşaq yanaraq öldü

Filippində dörd uşaq yanaraq öldü
  21 Fevral 2021    Oxunub:2033
Flippinin paytaxtı Manilada baş verən güclü yanğın nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Manila Times" qəzeti yerli yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bazar günü gecə saatlarına paytaxtın yaşayış rayonlarından birində yanğın baş verib. Yanğını bir neçə saatdan sonra söndürmək mümkün olub. Hadisə zamanı bir kişi və 3-12 yaş arası dörd uşaq yanaraq həlak olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Flippin   Yanğın  





Xəbər lenti