Ermənistanda yoluxma və ölüm sayı yenə artdı

   Ermənistanda yoluxma və ölüm sayı yenə artdı
  21 Fevral 2021    Oxunub:2253
Ermənistanda son sutka ərzində daha 168 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 170 402 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3164-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 801 nəfərdir. Aktiv xəstələrin sayı 4443 nəfər təşkil edir.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti