Tramp yenidən xalqın qarşısına çıxacaq

 Tramp yenidən xalqın qarşısına çıxacaq
  21 Fevral 2021    Oxunub:2026
ABŞ-ın keçmiş prezidenti Donald Tramp fevralın sonunda Orlandoda mühafizəkar siyasətçilər və fəalların illik konfransında çıxış edəcək.
Azvision.az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

Məlumata əsasən, ABŞ-ın sabiq lideri tədbirin son günü - fevralın 28-də ictimaiyyət qarşısına çıxacaq. Onun Respublikaçılar partiyasının və mühafizəkar hərəkatın gələcəyi barədə danışacağı gözlənilir.

Bundan əlavə, Trampın yeni dövlət başçısı, demokrat Co Baydenin mühacirət siyasətini, xüsusilə onu "fəlakətli amnistiya və sərhəd nəzarətinə" görə tənqid etməsi ehtimalı böyükdür.

Qeyd edək ki, Bayden Meksika ilə sərhəddə divarın inşasını maliyyələşdirməyi dayandırıb və 2019-cu ildən bəri orada tətbiq olunan fövqəladə rejimi ləğv edib. Bu, Trampın əsas təşəbbüslərindən biri idi. Yeni prezident bir sıra müsəlman ölkələri vətəndaşlarının ABŞ-a girişinə qoyulan məhdudiyyətləri də aradan qaldırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tramp   ABŞ  





Xəbər lenti