Ukraynada bir gündə 133 tibb işçisi virusa yoluxdu

Ukraynada bir gündə 133 tibb işçisi virusa yoluxdu
  21 Fevral 2021    Oxunub:2113
Ukraynada son sutka ərzində 4489 nəfər COVID-19 virusuna yoluxub. Onlardan 323-ü uşaq, 133 nəfəri tibb işçisidir.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumi yoluxma sayı 1 304 456-ya çatıb, indiyədək 25 103 nəfər virusun qurbanı olub, 1 146 073 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   virus  





Xəbər lenti