Rusiyada koronavirusdan ölənlərin sayı 83 mini ötdü

 Rusiyada koronavirusdan ölənlərin sayı 83 mini ötdü
  21 Fevral 2021    Oxunub:1978
Rusiyada son sutka ərzində koronavirusa 12 742 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 164 726 nəfərə çatıb.

Rusiyada son sutkada 417 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 83 293 nəfərdir. İndiyədək 3 713 445 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti