Zəlimxan Yaqub: “Ağrılarım çoxdur”

Zəlimxan Yaqub: “Ağrılarım çoxdur”
  27 Mart 2013    Oxunub:1553
Xalq şairinin əməliyyatı təxirə salınıb
Ötən ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirən və hər iki böyrəyi çıxarılan Xalq şairi Zəlimxan Yaqub səhhəti ilə bağlı AzVision.az-a danışıb. Şair ağrılarının çoxluğundan şikayət edib. O bildirib ki, indi ağrıları çoxdur.
“İndi ağrılarım çoxdur. Aprelin 7-də Almaniyaya yenidən müalicəyə gedəcəm. Amma buna baxmayaraq, hər həftə dializə gedirəm”.

Əməliyyat olunmaq məsələsi ilə bağlı danışan Zəlimxan Yaqub bildirib ki, hələ ki bu təxirə salınıb. “Əməliyyatım hələ ki, qalıb. Həkimlər bildirdilər ki, əməliyyatı biraz saxlayaq. Payız aylarında əməliyyat olunacam”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti