Koronavirus İranda daha 74 can aldı

Koronavirus İranda daha 74 can aldı
  21 Fevral 2021    Oxunub:1813
İranda son sutka ərazində koronavirusa 7931 nəfər yoluxub, 74 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 1 574 012, ölənlərin sayı isə 59 483-ə çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 3689 xəstənin vəziyyəti ağırdır. İndiyədək 1 344 791 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti