Britaniyada 54 milyon nəfər peyvənd olunacaq

 Britaniyada 54 milyon nəfər peyvənd olunacaq
  21 Fevral 2021    Oxunub:1963
"Məqsədimiz iyulun sonuna qədər bütün yaşlı insanlara peyvənd təqdim etməkdir. Üstəlik, ən həssas olanlar daha əvvəl peyvənd edilmək imkanı qazanacaqlar".
Azvision.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib. Onun sözlərinə görə, Böyük Britaniya hökuməti mövcud məhdudiyyətlərin bir hissəsini ləğv etmək üçün tədbirlər həyata keçirəcək.

"Karantinin tədricən və ehtiyatla götürüləcəyinə şübhə olmamalıdır. Özümüzü və başqalarını qorumaq üçün lazım olan hər şeyi edəcəyik”.

Qeyd edək ki, söhbət 67 milyon əhalisi olan ölkənin 80 faizinin, yəni 54 milyon sakinin peyvəndlənməsindən gedir. Bu günə qədər 17 milyon britaniyalı peyvəndin ilk dozasını alıb.

"Bunu etmək üçün kifayət qədər ehtiyatımızın olduğuna inanırıq", - deyə Britaniyanın səhiyyə naziri Matt Hankok "Sky News"a verdiyi müsahibədə deyib. Nazirin fikrincə, milli səhiyyə sistemi və peyvənd proqramındakı tərəfdaşları bir gün ərzində yarım milyon peyvənd etmə gücünə sahidir ki, bu da inanılmaz bir nailiyyətdir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BöyükBritaniya  



Xəbər lenti