Qazaxıstanda partlayış olub, ölən və yaralılar var

Qazaxıstanda partlayış olub,  ölən və yaralılar var
  21 Fevral 2021    Oxunub:1142
Qazaxıstanda ölümlə nəticələnən partlayış baş verib.
Azvision.az xəbər verir ki, hadisə ölkənin şərqində yerləşən Petropavlovsk şəhərində qeydə alınıb.

Məlumata görə, beşmərtəbəli yataqxana binasında mənzillərdən birində qaz balonunun partlaması 1 nəfərin ölümünə, 13 sakinin xəsarət almasına səbəb olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qazaxıstan   partlayış  



Xəbər lenti