Paltaryuyan maşına girən uşaq dünyasını dəyişdi

Paltaryuyan maşına girən uşaq dünyasını dəyişdi
  22 Fevral 2021    Oxunub:1934
Yeni Zelandiyada paltaryuyan maşına girən uşaq ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Hadisə fevralın 19-da Kraystçerça şəhərinin ətrafında baş verib. Məlumata görə, uşaq paltaryuyan maşın işə salındıqdan sonra aşkar edilib. Dərhal xəstəxanaya aparılan azyaşlı orada dünyasını dəyişib.

Polis baş verən hadisədə şübhəli halın olmadığını bildirib.

Azvision.az


Teqlər: Uşaq   faciə   ölüm  





Xəbər lenti