Ərdoğanla Ruhani arasında telefon danışığı olub

 Ərdoğanla Ruhani arasında telefon danışığı olub
  22 Fevral 2021    Oxunub:2384
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ölkə başçıları telefon danışığında ikitərəfli əlaqələri, iqtisadiyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bundan əlavə, regional gündəlikdəki mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan Türkiyə-İran əlaqələrinin gücləndirilməsi istiqamətində həmfikir olduqlarını bildirib.

ABŞ-ın yeni rəhbərliyindən İrana qarşı sanksiyalardan imtina etmələrini istədiklərini deyən Türkiyə Prezidenti, son bir neçə gündə bu mövzuda açıqlamaların yeni fürsət pəncərəsi açdığını qeyd edib. Həmçinin bildirilib ki, Hərtərəfli Birgə Fəaliyyət Planının yenidən fəaliyyətə keçməsi nöqtəsində bütün tərəflərin görüşmələri ən doğru yoldur və bütün çətinliklərə baxmayaraq, dialoq qapılarını açıq saxlamaq vacibdir.

Azvision.az


Teqlər: Ruhani   Ərdoğan  



Xəbər lenti