Türkiyədə koronavirusdan ölüm sayı 28 mini keçdi

   Türkiyədə koronavirusdan ölüm sayı 28 mini keçdi
  22 Fevral 2021    Oxunub:1948
Türkiyədə son sutka ərzində 77 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 6546 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 28 060, virusa yoluxanlar isə 2 638 422 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 523 760 pasiyent (son sutkada 5002 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti