Meksikada hərbi təyyarə qəzaya uğrayıb

Meksikada hərbi təyyarə qəzaya uğrayıb
  22 Fevral 2021    Oxunub:1302
Meksika Hava Qüvvələrinə məxsus "Learjet" markalı təyyarə ölkənin Verakrus ştatında qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, bu barədə "El Universal" qəzeti məlumat yayıb.

Məlumata əsasən, təyyarədə olan yeddi nəfər həlak olub. Qəza bölgənin paytaxtı Xalapa şəhəri yaxınlığında baş verib. Hadisə yerinə xilasedicilər və hökumət rəsmiləri gəliblər.

Faciənin mümkün səbəbləri araşdırılır.

Azvision.az


Teqlər: Meksika   Təyyarə   Qəza  



Xəbər lenti