Paşinyanı təhqir edən keçmiş məmur həbs olundu

Paşinyanı təhqir edən keçmiş məmur həbs olundu
  22 Fevral 2021    Oxunub:1650
İrəvan məhkəməsi Ermənistan parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan barəsində həbs qətimkan tədbiri seçib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə vəsatət təqdim edilib.

Saqatelyan sosial şəbəkələrdə saxta hesablardan baş nazir Nikol Paşinyan və digər rəhbər şəxslər barədə tənqid və təhqir, icazəsiz məlumatlar yaymaqda günahkar bilinir.

Vəkil Robert Ayrapetyan məhkəmə qərarının açıq-aşkar siyasi təzyiq altında verildiyini bildirib.

Milli Təhlükəsizlik Xidmətinin daha əvvəl yaydığı məlumatda bildirilirdi ki, Saqatelyan öz şəxsi əlaqələrindən istifadə edərək cinayətlər törətmək məqsədilə qruplaşma yaradıb. Qrupun tərkibində Karen Bekaryan, sürücülər Mqer Avakyanı, Aram Sarkisyanı və şəxsiyyəti hələ müəyyənləşdirilməmiş digər şəxs də olub.

Onlar saxta "Qagik Soghomonyan" hesabını yaradaraq yüksək vəzifəli şəxslərlə bağlı böhtan və təhqiredici xarakterli paylaşımlar edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: həbs  





Xəbər lenti