Rusiyanın Ermənistandakı hərbi bazası köçürülür
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan “RİA Novosti”yə müsahibəsində bildirib.
Erməni nazirin sözlərinə görə, bundan əlavə, Ermənistandakı rus sərhədçilərinə əlavə funksiyalar həvalə olunub.
“Həqiqətən, Rusiya sərhədçilərinə Ermənistanın Azərbaycanla sərhədinin təhlükəsizliyini və qorunmasını təmin etmək üçün əlavə funksiyalar həvalə edilib. Şübhə etmirəm ki, dövlətlərimizin sərhəd xidmətləri arasında sıx və təsirli qarşılıqlı əlaqə qurulub, habelə Ermənistandakı rus sərhədçilərinə verilən bütün tapşırıqlar ən yüksək səviyyədə yerinə yetiriləcək".
Vaqarşak Arutyunyan onu da vurğulayıb ki, Qarabağdakı qarşıdurmaya qədər (2020-ci ilin payız eskalasiyası- red.) Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd bölməsinin şəxsi heyəti Ermənistan ərazisindən keçən MDB-nin təhlükəsizliyinin və sərhədinin qorunmasının təmin edilməsi vəzifələrinin icrasından məsul idi. Bu gün vəziyyət əhəmiyyətli dərəcədə dəyişib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Rusiya Hərbi







Vaxtında, Aydın, Lazımlı!


