Rusiyada koronavirusdan daha 337 nəfər ölüb

Rusiyada koronavirusdan daha 337 nəfər ölüb
  22 Fevral 2021    Oxunub:1594
Rusiyada son sutka ərzində koronavirusa 12 604 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 177 330 nəfərə çatıb.

Rusiyada son sutkada 337 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 83 630 nəfərdir. İndiyədək 3 726 388 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Pandemiya  



Xəbər lenti