Nigerin sabiq XİN rəhbəri seçkilərdə liderlik edir

Nigerin sabiq XİN rəhbəri seçkilərdə liderlik edir
  22 Fevral 2021    Oxunub:1739
Nigerin keçmiş xarici işlər naziri Məhəmməd Bazum ölkədə bazar günü keçirilən prezident seçkilərinin ikinci turunda liderlik edir.
Azvision.az xəbər verir ki, bu barədə Milli Müstəqil Seçki Komissiyasının (CENI) məlumatında deyilir.

Qeyd olunub ki, 266 seçki dairəsindən 38-də bülletenlər sayıldıqdan sonra Bazum 191 554 səs (təxminən54%) qazanıb. Onun rəqibi, respublikanın keçmiş prezidenti Mahaman Usman 161 960 səs toplayıb.

İlk turda seçicilərin 39% -i Bazuma səs verib, Usmanı seçicilərin 16,99% -i dəstəkləyib.

2011-ci ilin aprelindən bəri ölkəni iki müddət idarə edən hazırkı dövlət başçısı Mahamad Issufu daha əvvəl istefaya getmək istədiyini bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Niger   Seçki  



Xəbər lenti