Prezidentin xüsusi nümayəndələri ilə bağlı qanun təsdiqləndi
22 Fevral 2021
Oxunub : 1389
Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, qanunun inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edilib.