“Sınmış fənərlər küçəsi”nin aktyoru vəfat etdi

“Sınmış fənərlər küçəsi”nin aktyoru vəfat etdi
  22 Fevral 2021    Oxunub:1586
Məşhur rusiyalı aktyor, Əməkdar artist Aleksandr Jdanov vəfat edib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, aktyor 71 yaşında Sankt-Peterburqda dünyasını dəyişib.

Jdanov teatrda 40-dan çox tamaşada oynayıb. O, həmçinin "Uşaqlığın son yayı", "Emelyan Puqaçev" və digər yaddaqalan filmlərdə, habelə “Sınmış fənərlər küçəsi” serialında rol alıb.

Aktyorun ölüm səbəb açıqlanmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AleksandrJdanov  





Xəbər lenti