Mədət Quliyev Serbiyanın müdafiə naziri ilə görüşdü

Mədət Quliyev Serbiyanın müdafiə naziri ilə görüşdü
  22 Fevral 2021    Oxunub:1867
Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisinin ikinci günündə müdafiə sənayesi naziri Mədət Quliyevin Serbiyanın müdafiə naziri Nebojsa Stefanovicin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü baş tutub.
Müdafiə Sənayesi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan və Serbiya arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

Mədət Quliyev nazirin diqqətinə çatdırıb ki, MSN Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb.

Səmimi görüşdən məmnunluq duyduğunu bildirən nazir Nebojsa Stefanovic Azərbaycan və Serbiya arasında hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

Azvision.az


Teqlər: Mədət-Quliyev   Nazir  





Xəbər lenti