İtaliyanın Konqodakı səfiri qətlə yetirilib

 İtaliyanın Konqodakı səfiri qətlə yetirilib
  22 Fevral 2021    Oxunub:2301
İtaliyanın Konqodakı səfiri Luka Attanasio BMT konvoyuna silahlı hücum zamanı öldürülüb.
Azvision.az TASS-a istinadla xəbər verir ki, hadisə Şimali Kivu əyalətinin Qoma şəhəri yaxınlığında baş verib.

İki avtomobil naməlum şəxslər tərəfindən pusquya salınıb, məqsəd onları girov götürmək olub.

Hadisə zamanı səfirlə yanaşı onun sürücüsü və başqa bir nəfər də öldürülüb

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Konqo   İtaliya   Səfir  



Xəbər lenti