Kadırovla çəkilən foto Ukraynada qalmaqal yaratdı

Kadırovla çəkilən foto Ukraynada qalmaqal yaratdı
  22 Fevral 2021    Oxunub:2173
Ukrayna Baş nazirinin müavini Oleq Uruski Çeçenistan lideri Ramzan Kadırovla birgə çəkilmiş fotosuna aydınlıq gətirib.

Azvision.az xəbər verir ki, o, BƏƏ-də keçirilən “IDEX-2021” silah sərgisinin təşkilatçılarının protokoluna əsasən Kadırovla ümumi fotoda olduğunu söyləyib.
Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal ondan Kadırovla çəkdirdiyi fotoya görə izahat tələb etmişdi.

O.Uruski bildirib ki, rəsmi nümayəndə heyətləri rəhbərlərinin yerləşdirilməsini protokol təyin edir.

Baş nazirin müavini Kadırovla heç bir şəxsi əlaqəsinin olmadığını və bunu planlaşdırılmadığını vurğulayıb. Hökumət rəsmisi əlavə edib ki, Ukrayna nümayəndə heyəti təşkilatçıların diqqətini gələcəkdə bu cür halların qəbuledilməzliyinə yönəldib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Kadırov  



Xəbər lenti