İrəvanda topçu Albertə heykəl qoymaqdan imtina etdilər

İrəvanda topçu Albertə heykəl qoymaqdan imtina etdilər
  22 Fevral 2021    Oxunub:2432
Ermənistanda müharibə "qəhrəman"ı kimi təqdim edilən topçu Albert Avanesyana heykəl qoyulması ilə bağlı müraciət rəsmən rədd edilib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri Respublika Reabilitasiya Mərkəzinin direktoru Narine Manukyana istinadən məlumat yayıblar.

"Təhsil və Elm Nazirliyi İrəvanda Albert Avanesyana abidə qoyulması tələbini rədd etdi. Onlar İrəvanda "qəhrəman" Albertə abidə qoymaq xahişimizi yerinə yetirmirlər. Səbəb kimi büdcədə pulun olmaması göstərilib. Əlbəttə, bu normaldır, qəhrəmanlara ehtiyacınız yoxdur. Çünki sizin üçün Njde arzuolunmaz bir personajdır", - deyə o, qeyd edib.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti