Qeyd edilib ki, Merkel Xristian Demokrat İttifaqının Rəyasət Heyətinin onlayn iclasında məhdudiyyətlər yumşaldıqdan sonra daha çox testlərin keçirilməli olduğunu söyləyib.
Kansler, məhdudiyyətlərin yumşaldıla biləcəyi üç sahəni qeyd edib: şəxsi təmaslar, məktəblər və peşə məktəbləri, həmçinin mədəniyyət sahəsi, restoranlar və idman qrupları.
Robert Kox İnstitutunun verdiyi son məlumata görə, Almaniyada indiyədək koronavirusa yoluxmuş 2 390 928 nəfər aşkar edilib, onlardan 67 903 nəfər ölüb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: AngelaMerkel