Dindarlar narkomaniyaya qarşı mübarizəyə cəlb olunacaq

Dindarlar narkomaniyaya qarşı mübarizəyə cəlb olunacaq
  22 Fevral 2021    Oxunub:2506
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui-istifadəsi ilə əlaqədar mübarizəni gücləndirmək məqsədi ilə regionlarda müzakirələr aparılması, vətəndaş cəmiyyəti institutlarının iştirakının genişləndirilməsi, belə tədbirlərə din xadimləri cəlb ediləcək.
Azvision.az -ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş planı nda qeyd olunub.

İş Planına əsasən, şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatlarını cəlb edilməklə mütəmadi həyata keçiriləcək.

Azvision.az


Teqlər: Din-Xadimləri   Narkomaniya  






Xəbər lenti