Komitənin sədr müavini onlayn qəbul keçirəcək

Komitənin sədr müavini onlayn qəbul keçirəcək
  22 Fevral 2021    Oxunub:1249
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova 25 fevral 2021-ci il tarixində vətəndaşların onlayn qəbulunu keçirəcək.
Komitədən Azvision.az -a verilən məlumata görə, onlayn qəbul Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq və Gəncə şəhəri, Şəmkir, Yevlax rayonlarından olan vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq. Qəbulun saat 10:00-dan 13:00-dək keçirilməsi nəzərdə tutulur.

Əlavə suallar yarandıqda Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə (əlaqə nömrəsi: 022 205 34 03 ) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (əlaqə nömrəsi: 012 498 00 92) müraciət edə bilərsiniz.

Azvision.az



Teqlər: Qəbul   Vətəndaş  






Xəbər lenti