Putinlə Lukaşenko danışıqlar apardı: “Pul havaya atılmadı”

Putinlə Lukaşenko danışıqlar apardı:  “Pul havaya atılmadı”
  22 Fevral 2021    Oxunub:3153
Soçidə Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlar aparıb.

Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, görüşdə Putin regional da daxil olmaqla müxtəlif səviyyələrdə əməkdaşlığın tələb olunduğunu qeyd edib.
"Hər il regional idarəetmə strukturlarının rəhbərləri arasında görüşlər keçiririk. Bu, çox vacib işdir. Çünki regional qarşılıqlı əlaqələr səviyyəsində əməkdaşlığımızın əhəmiyyətli bir hissəsi inkişaf etdi. Bunlar iqtisadi və insan əlaqələridir”, - Putin deyib.

Lukaşenko isə bildirib ki, Rusiya ilə Belarus arasında qarşılıqlı əlaqələrlə bağlı “yol xəritələri"nin hamısını imzalamağa hazırdır. O, həmçinin Moskvanın Minskə verdiyi maliyyə dəstəyinin əhəmiyyətli olduğunu vurğulayıb.

"Pul havaya atılmadı", - deyə Lukaşenko əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AleksandrLukaşenko   Putin  



Xəbər lenti