Aİ nümayəndəsi İrəvanda Qarabağı müzakirə etdi

 Aİ nümayəndəsi İrəvanda Qarabağı müzakirə etdi
  22 Fevral 2021    Oxunub:2141
İrəvanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Arutyunyan diplomata Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyət və 10 noyabr razılaşmalarının icrası barədə məlumat verib.

Toivo Klaar, öz növbəsində Avropa İttifaqının Minsk qrupunun problemin həlli üçün vasitəçilik səylərini dəstəklədiyini söyləyib. Onun sözlərinə görə, Brüssel bu istiqamətdə danışıqların intensivləşdirilməsinə kömək etməyə hazırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  



Xəbər lenti