Erməni mediası Azərbaycan pavilyonunu nümunə göstərdi

 Erməni mediası Azərbaycan pavilyonunu nümunə göstərdi
  22 Fevral 2021    Oxunub:1983
Ermənistan mətbuatı ölkənin texnologiyalar sənayesi naziri Akop Arşakyanı tənqid edib.
Azvision.az xəbər verir ki, buna Əbu-Dabidə keçirilən sərgidəki rüsvayçılıq səbəb olub. Belə ki, erməni jurnalistlər Azərbaycanın İDEX-2021 Beynəlxalq Hərbi-Sənaye Sərgisindəki pavilyonu ilə boş qalan erməni pavilyonunu müqayisə edərək ölkəmizin uğurlu təmsilçiliyini Arşakyana nümunə kimi göstəriblər. Nazir isə pavilyonda erməni şirkətlərinin hərbi eksponatlarının olmamasının səbəbini, guya nümunələrin Əbu-Dabiyə vaxtında gəlməməsi ilə izah edib.

Qeyd edək ki, sərginin açılışında erməni pavilyonu boş olub və nazir Akob Arşakyan yalnız bukletlər paylayıb.

"Fotoşəkildə Ermənistan və Azərbaycan pavilyonları əks olunub. Şərhləri oxucuya buraxırıq",-deyə ermənilər yazıblar.



Tural Tağıyev
Azvision.az


Teqlər: Hərbi   Sərgi  





Xəbər lenti