“Minatəmizləmə fəaliyyəti haqqında” qanun hazırlanacaq
Minatəmizləmə Agentliyi İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilməsini təmin edib, onun nizamnamə fondunda nəzərə alınması ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Minatəmizləmə Agentliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, beynəlxalq təcrübə nəzərə alınaraq “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azvision.az
Teqlər: Minatəmizləmə Fəaliyyət Qanun







Vaxtında, Aydın, Lazımlı!


