Türkiyəyə yalnız yeni şəxsiyyət vəsiqəsi ilə gedə bilərik

   Türkiyəyə yalnız yeni şəxsiyyət vəsiqəsi ilə gedə bilərik
  22 Fevral 2021    Oxunub:2669
Azərbaycan və Türkiyə vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanunu imzalayıb. Qanun Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.

Azvision.az



Teqlər: DİN   Türkiyə  






Xəbər lenti