Tərtərdə 45 yaşlı kişi minaya düşdü

 Tərtərdə 45 yaşlı kişi minaya düşdü
  22 Fevral 2021    Oxunub:3010
Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon prokurorluğundan Azvision.az -a bildirilib ki, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Prokurorluq   Mina   Tərtər  





Xəbər lenti